Azərbaycan XİN rəhbəri Münhendə bir neçə ölkənin XİN başçıları ilə görüşlər keçirib

Azərbaycan XİN rəhbəri Münhendə bir neçə ölkənin XİN başçıları ilə görüşlər keçirib
# 06 fevral 2011 18:52 (UTC +04:00)
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nazir Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu, Serbiyalı həmkarı Vuk Yeremiç, Avstraliyanın XİN başçısı Kevin Rud, Ukraynanın xarici işlər naziri Konstantin Qrişonko ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans bu gün başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR