Litva Biznes Konfederasiyası və Vilnüs Universiteti Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq müqaviləsi imzalayacaqlar

Litva Biznes Konfederasiyası və Vilnüs Universiteti Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq müqaviləsi imzalayacaqlar
# 07 fevral 2011 11:04 (UTC +04:00)
Litva səfiri Kyastutis Kudzmanas APA-ya bildirib ki, Müstəqillik Günü ilə əlaqədar Litva Seyminin spikeri İrena Dyaqutenenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək, Bakıda prezident İlham Əliyev, parlament və hökumət rəhbərləri ilə görüşlər keçirəcək. Fevralın 9-da Azərbaycan-Litva biznes forumu çərçivəsində Litva Biznes Konfederasiyası və Vilnüs Universiteti Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq müqaviləsi imzalayacaqlar.

Fevralın 10-da Litva səfirliyi Azərbaycan Dövlət Filarmoniyasında ölkənin Müstəqillik gününə həsr olunmuş konsert təşkil edəcək. Konsertdə tanınmış litvalı pianoçu Muza Rubatskite Azərbaycan Kamera Orkestri ilə birgə çıxış edəcək. Həmin gün filarmoniyada litvalı rəssam və bəstəkar Mikaloyus Çyurlyönisin əsərlərindən ibarət sərgi açılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR