Ermənistan nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün biz bir yerdə daha çox işləməliyik”

Ermənistan nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün biz bir yerdə daha çox işləməliyik”
# 09 fevral 2011 09:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Ermənistan Yerli və Özünü İdarəetmə Assosiasiyasının prezidenti, Ermənistanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin rəhbəri Emin Yeritsyan jurnalistlərə açıqlamasında bildirib: “Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatları daha aktiv olmadır. Birgə iş münaqişəni həll eləmək üçün daha yaxşı atmosfer, dialoq yarada bilər. İndi Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk qrupu çərçivəsində dialoq gedir. Buna görə Azərbaycan və Ermənistan QHT-ləri və yerli özünüidarəetmə orqanların bu məsələdə rolu çox vacibdir. Məhz onlar elə dialoq yarada bilərlər ki, danışıqlar prosesi lazım olan istiqamətdə getsin”.

E. Yeritsyan “Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlaya bilərmi” sualına cavab olaraq bunları deyib: “Hesab edirəm ki, müharibənin yenidə başlanması qeyri-realdır, indi belə vəziyyət yoxdur. Məncə, müharibə heç vaxt təkrar olunmayacaq”.

Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşən şəxslər və onların öz torpaqların geri dönməsi barədə suala isə Ermənistan nümayəndəsinin cavabı belə olub: “Məncə, məcburi köçkünlərin məsələsi, onların geri qayıtması danışıqlar prosesinin ən vacib nöqtələrindən biridir. Ermənistanda da çoxlu qaçqın var”.

Azərbaycan torpaqlarının işğal olunması barədə suallara cavabında isə E. Yeritsyan bununla bağlı Ermənistanın öz mövqeyinin olduğunu xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR