Sloveniyanın sabiq xarici işlər naziri: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha yaxından cəlb olunmalıdır”

Sloveniyanın sabiq xarici işlər naziri: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha yaxından cəlb olunmalıdır”
# 09 fevral 2011 09:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha yaxından cəlb olunmalıdır. Bu, mənim şəxsi mövqeyimdir”. Bunu APA-ya açıqlamasında Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı, parlamentin inkişaf və xarici əlaqələr komitəsinin üzvü İvo Vayql deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini əbədi olaraq gözləyə bilməz: “Azərbaycanın qonşu dövlətlə mövcud problemi əbədi olaraq həllini gözləyə bilməz. Düşünürəm ki Avropa İttifaqı münaqişənin nizamlanması üçün təsirini və səylərini artırmalıdır. Lakin bu problemin həlli münaqişənin birbaşa iştirakçılarının arzusu və iradəsi olmadan mümkün deyil. Əminəm ki, Avropa İttifaqı bu münaqişənin nizamlanması məsələsini daha çox diqqət mərkəzində saxlayacaq”.

“Avropa Parlamentində gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr gözlənilirmi” sualını cavablandıran İvo Vaqyl bildirib ki, belə müzakirələrin olacağına əmindir: “Əminəm ki bu məsələni Avropa Parlamentində gələcəkdə də müzakirə edəcəyik. Hesab edirəm ki, bu problemlə əlaqədar dialoq və müzakirələri genişləndirmək və səyləri gücləndirmək lazımdır”.

Xatırladaq ki, ötən ilin yazında Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr aparılıb və xüsusi qətnamə qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR