Piter Semnebi: “Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələr əvvəlki tək regionda stabillik üçün əsas təhlükələrdən biridir”

Piter Semnebi: “Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələr əvvəlki tək regionda stabillik üçün əsas təhlükələrdən biridir”
# 10 fevral 2011 13:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi Vyanada ATƏT Daimi Şurasının iclasında çıxışı zamanı deyib. Xüsusi nümayəndə qeyd edib ki, Dağlıq Qarabağda təhlükəsizliklə bağlı vəziyyətə xüsusi olaraq narahatlıq doğurur.

Piter Semnebi münaqişə tərəflərini atəşkəslə bağlı razılaşmanı möhkəmləndirməyə, beynəlxalq təşkilatları isə Gürcüstan, Azərbaycan və Ermənistanla qarşlılıqlı əlaqələri aktivləşdirməyə çağırıb: “Beynəlxalq təşkilatlar münaqişələrin nizamlanması və həllinə dair səylərə sadiqliyini qoruyub saxlamalıdır. Buraya ATƏT-in regiondakı aktiv iştirakı da aiddir”.

Öz çıxışında Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına toxunan Piter Semnebi qeyd edib ki, münaqişələrin nizamlanması üçün vəsaitlərin ayrılması vacibdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR