ATƏT PA vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Qəmbərlə görüşüb

ATƏT PA vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Qəmbərlə görüşüb
# 11 fevral 2011 16:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib.

Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Azərbaycanda 2010-cu il parlament seçkiləri, ölkədə seçkilərdən sonra yaranmış durum, ATƏT-in və başqa beynəlxalq təşkilatların bu seçkilərə münasibəti, seçki islahatlarının zəruri olması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə ATƏT-in Parlament Assambleyasının təmsilçisi səfir Andreas Nosel (Nothell) və Avstriya parlamentinin nümayəndəsi Lukas Mussi də iştirak edib.

Qeyd edək ki, V. Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib. Müşahidə Missiyasının həmin tərkibinə A. Nosel və L. Mussi də daxil olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR