Bakıda Azərbaycan və Kuba xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO
17 fevral 2011 15:14 (UTC +04:00)
Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriges Pariyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Kuba arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Təhsil sahəsində Azərbaycanla Kuba arasında SSRİ dövründən əməkdaşlığın aparıldığı bildirilərək bir çox kubalı tələbənin Azərbaycanın texniki və neft-qaz sahəsində ixtisaslaşan təhsil müəssislərində oxuduqları və məzun olduqları qeyd edilib.
Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq ifadə edən B. R. Pariya isə Kubaya embarqo tətbiq edilməsi ilə bağlı BMT-də keçirilən səsvermədə Azərbaycanın tutduğu mövqeni yüksək qiymətləndirərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini arzulayıb. O, Azərbaycanın dinamik inkişafının şahidi olduğunu söyləyərək Kubanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Kubalı qonaq tibb, turizm, energetika və digər sahələrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

Xarici siyasət
Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb
00:07
19 sentyabr 2024
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
18:23
18 sentyabr 2024
İranın ali və yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı səfirliyində olub
18:17
18 sentyabr 2024
Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır
16:28
18 sentyabr 2024