Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı faciəsinin ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilib – FOTO

Faciə nəticəsində 613 dinc Azərbaycan vətəndaşının qətlə yetirildiyini və yüzlərlə şəxsin itkin və didərgin düşdüyünü söyləyən səfir Elman Araslı, sözü tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılova verib. Ş. Sayılov Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş cinayət faktları, o cümlədən ölkəyə dəymiş maddi-mənəvi zərər, əsir-girov və itkinlər problemindən ətraflı bəhs edib.
Sonra səfir və dövlət komissiyasının katibi jurnalistləri və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar. İştirakçılara bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto və video materiallar, filmlər, səfirliyin bəyanatı paylanıb.
E. Araslı İordaniya Radio və Televiziya Korporasiyasının baş direktoru ilə görüş keçirərək mərkəzi televiziya ilə yayımlanması məqsədilə müvafiq diskləri və materialları ona təqdim edib. Bundan əlavə, səfir İordaniya Senatının sədri, bir sıra nüfuzlu senatorlar və deputatlar, İordaniyanın baş müftisi ilə görüşlər keçirib və bu mövzuda onlarla söhbətlər aparıb. Senatın sədri T. Masrinin himayəsi altında İordaniyanın nüfuzlu və elitar Kral Hüseyn Klubunda əsasən Xocalı hadisələrinə həsr olunmuş geniş formatlı tədbirin keçirilməsinə dair razılıq əldə edilib. Bundan əlavə, səfirlik bu günlərdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin ildönümü çərçivəsində daha bir tədbir keçirəcək.
İordaniyanın baş müftisi ilə söhbət zamanı E. Araslı fevralın 25-də səsləndiriləcək Cümə xütbələri zamanı Xocalı qurbanlarının anılmasını təklif edib. Təklif anlayışla qarşılanıb.
Xarici siyasət

Azərbaycan nümayəndə heyəti Kazanda Beynəlxalq İqtisadi Forumda iştirak edib

Deputat: Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək

Milli Məclis sədri İspaniyaya rəsmi səfər edib

Azərbaycan və Pakistan bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparacaq
Xəbər Lenti
Rusiya Ukraynanın Sumı və Donetsk vilayətlərində yeni yaşayış məntəqələrini ələ keçirib
Lavrov Ermənistana gedir
Putin və Tramp arasında bu gün telefon danışığı olacaq
Əlcəzairdə İslam İnkişaf Bankının ənənəvi toplantısı işinə başlayıb
Azərbaycan-İran birgə hərbi təliminin açılışı olub - VİDEO
Ermənistan parlamentinin sədri: Rusiya hərbi bazasının çıxarılmasını müzakirə etmirik
DTX əməliyyat keçirib - terror təşkilatı ilə əlaqəli şəxslər saxlanılıb - VİDEO
Baş katib: KTMT Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına ümid edir
Rəşad Nəbiyevin Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişib
Sabah bəzi rayonlara dolu düşəcək, duman olacaq
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyənlərlə görüş keçirilib - VİDEO
Qax Kukla Teatrına müdir düzəldəcəyi vədi ilə dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
Aİ səfirləri 150 milyard avroluq hərbiləşdirmə fondu ilə bağlı razılığa gəlib
IV və VI siniflərdə təhsil alan şagirdlərin 98 faizi monitorinqdə iştirak edib
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Azərbaycan nümayəndə heyəti Kazanda Beynəlxalq İqtisadi Forumda iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı parlamentə daxil olub
Ali Məhkəmə: Məhkəmələr daha yüngül cəza təyin edərkən əsaslandırmalıdır
Deputat: Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu dayandırılır
DİM imtahan iştirakçılarına müraciət edib
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Milli Məclis sədri İspaniyaya rəsmi səfər edib
İrsi transmissiyaya dair qanunvericilik təkmilləşdirilir
Müraciət etməmiş miras şəriklərinin hüquqları təmin ediləcək
Mirasın əldə edilməsi qaydası dəyişir
Pambığın təhvil verilməsinin təsdiq edilməsi prosesi elektronlaşdırılacaq
Azərbaycan və Pakistan bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparacaq
Miras əmlakın mühafizəsinin dayandırılması şərti dəyişir
İmtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi proseduru təkmilləşdirilir
Mirasın siyahıya alınması yeni qaydada həyata keçiriləcək
Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti yeni qaydada tənzimlənəcək
Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlanıb
Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” keçirilib - FOTO - VİDEO
Maliyyə Nazirliyi: Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək
Mərkəzi Bank tərəfindən “İnteraktiv statistik məlumat bazası” istifadəyə verilib
APA TV-də XƏBƏRAPARAN - CANLI
Kriptovalyuta bazarının son göstəriciləri
Həftəsonu bank kartlarından 16 min manata yaxın pul oğurlanıb
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Unibank”ın səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Qaxda avtobus yanıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti daha da enib
Bəzi çaylarda sululuq artıb
Bu günün valyuta məzənnələri