“Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Erməni ziyalısının etirafı” kitabı təqdim olunacaq

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Erməni ziyalısının etirafı” kitabı təqdim olunacaq
# 21 fevral 2011 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun baş katibi Elşad İsgəndərov Xocalı faciəsi ilə bağlı nəzərdə tutulan tədbirlər planı haqda məlumat vermək üçün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, E.İsgəndərov deyib ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində internet resurslar vasitəsilə onlayn və digər formalarda imzatoplama kampaniyasına başlanılıb.

Onun sözlərinə görə, kampaniyanın nəticələri ilə bağlı sənədlər Beynəlxalq Haaqa Tribunalına təqdim olunacaq: “Kampaniyanın məqsədləri soyqırımla bağlı hüquqi sübutların toplanması olsa da, əsas məsələ faciəyə ədalətli qiymət verilməsidir. İKT xarici işlər nazirləri və Parlament Assambleyası faciəni insanlığa qarşı cinayət kimi qiymətləndirib. Qətnamənin İKT dövlət başçıları tərəfindən verilməsi istiqamətində fəaliyyət göstəririk”.

E.İsgəndərov Xocalı soyqırımı ilə bağlı araşdırmaların aparıldığını və yeni sənədlərin əldə olunduğunu deyib: “Dünyanın aparıcı 30 ailə məktəbində flaş-mob aksiyalar keçiriləcək. Bu aksiyalar zamanı 100 minə yaxın imzanın toplanması nəzərdə tutulub. Moskvada keçiriləcək tədbirdə kampaniyanın yenilənmiş saytının təqdimatı keçiriləcək və “Xocalıya aparan yol” filmi nümayiş olunacaq. Həmçinin erməni alimi Robert Arakelovun iki kitabının məcmuəsindən ibarət olan “Erməni ziyalısının etirafı” kitabı da təqdim olunacaq”.

O, dünyanın 40-dan çox böyük şəhərində kampaniya çərçivəsində tədbirlər keçiriləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR