Eldar İbrahimov: “ATƏT Parlament Assambleyasının qış sessiyasında Ermənistanın Azərbaycana təcavüzü məsələsi nümayəndə heyətimiz tərəfindən gündəmə gətiriləcək”

Eldar İbrahimov: “ATƏT Parlament Assambleyasının qış sessiyasında Ermənistanın Azərbaycana təcavüzü məsələsi nümayəndə heyətimiz tərəfindən gündəmə gətiriləcək”
# 21 fevral 2011 15:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyasında həmişə olduğu kimi Ermənistanın Azərbaycana təcavüzü məsələsi nümayəndə heyətimiz tərəfindən gündəmə gətiriləcək. Dağlıq Qarabağ məsələsinin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılması fəaliyyətimizin əsasını təşkil edir”. APA-nın məlumatına görə, bu fikirləri YAP-ın saytına açıqlamasına Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E. İbrahimov bildirib ki, Dağlıq Qarabağ problemi sessiyasının gündəliyinə daxil edilməsə də, Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında bu münaqişənin törətdiyi nəticələr haqqında məlumat verəcəklər: “Biz bu münaqişənin təhlükəsini vurğulayaraq Ermənistanın təcavüzünə son qoyulması istiqamətində beynəlxalq birliyin öz səylərini artırmasını, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin daha da fəal olmasını və işğalçıya qarşı ciddi addımlar atılmasını tələb edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR