Piter Semnebi: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən irəliləyiş gözləyirik”

Piter Semnebi: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən irəliləyiş gözləyirik”
# 25 fevral 2011 13:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Biz Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündən irəliləyiş gözləyirik”. APA-nın xəbərinə görə, bunu Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin martın 5-də Soçidə keçiriləcək görüşünə dair fikrini bildirən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O qeyd edib ki, Avropa Birliyi yeni münaqişələrin baş verməməsi, mövcud münaqişələrin isə təkrarlanmaması üçün Cənubi Qafqaza daha çox diqqət yetirməlidir.

P. Semnebi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinə verdiyi dəstəyi alqışlayıb: “Biz maraqlıyıq ki, bütün münaqişələr həll olunsun, Azərbaycan və bütün bölgə sülh şəraitində yaşasın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR