“Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya universitetlərində flashmob aksiyalar keçirilib - FOTOSESSİYA

“Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya universitetlərində flashmob aksiyalar keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2011 13:50 (UTC +04:00)
Flashmob aksiyasının davamı olaraq “İsveçin Gənc Azərbaycanlıları” (SUA) təşkilatı İsveçin Xarici Əlaqələr Assosiasiyası (Utrikespolitiska föreningen) ilə birgə İsveçin Linköping universitetində “Dondurulmuş münaqişələrdə müharibə cinayəti, Xocalı faciəsi” adlı tədbir keçirib. Tədbirdə iştirak edən Azərbaycanın İsveçdə, Norveçdə və Finlandiyada səfiri Rafael İbrahimov "dondurulmuş" Dağlıq Qarabağ problemi və Xocalı faciəsi bardədə məruzə ilə tələbə və müəllim auditoriyası qarşısında çıxış edib.
Eyni zamanda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Almaniyanın Potsdam Universitetində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilib. Azərbaycanlı və alman tələbələrin iştirakı ilə keçirilən aksiyada tələbə, müəllim, professor heyətinə Xocalı həqiqətləri barədə məlumat verilmiş, bu haqda yazılan kitab və broşyurlar, kompakt disklər paylanılıb, Xocalıya ədalət kampaniyasının petisiyası imzalanıb. Aksiya sonrası tələbələr Potsdam Universitetinin Xarici Əlaqələr Şöbəsinin Prezidenti dr. Ulrich Hunger ilə görüşüb, ona Azərbaycan və Xocalı həqiqətləri haqqında müxtəlif kitab və disklər hədiyyə ediblər. Söhbət zamanı dr. Hunger “Xocalıya Ədalət” kampaniyası tərəfindən hazırlanmış plakatı bir müddət öz otağından asacağını və bu haqda gələn qonaqlara məlumat verəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR