Astanada TürkPA-nın ikinci plenar iclası keçiriləcək

Astanada TürkPA-nın ikinci plenar iclası keçiriləcək
# 02 mart 2011 12:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov Qırğızıstanda səfərdədir. APA-nın “AKİpress”ə istinadən verdiyi məlumata görə, R. Həsənov Qırğızıstan parlamentinin sədr müavini Asilbek Jeenbekovla görüşüb. A. Jeenbekov Qırğızıstanın ağır günlərində TürkPA-ya üzv ölkələr tərəfindən verilən dəstəyə görə təşəkkürünü bildirib.
R. Həsənov isə TürkPA-nın bu ilin aprelində Astanada keçiriləcək ikinci plenar iclasına hazırlıqla bağlı məlumat verib. O deyib ki, iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 20 illiyinə həsr olunacaq. Qazaxıstan tərəfi TürkPA-ya üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Türkmənistan və Özbəkistan parlament rəhbərlərini də bu toplantıya dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR