Azərbaycan prezidenti Albaniya xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Albaniya xarici işlər nazirini qəbul edib
# 10 mart 2011 14:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Albaniya baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, E. Hacinaston Albaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Nazir bildirib ki, Azərbaycanla Albaniya arasında mövcud olan siyasi münasibətlər əlaqələri həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirə bilər. Ölkələrin bir-birini dəstəkləməkdə davam edəcəyini vurğulayan qonaq qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün də böyük imkanların olduğunu deyib.

Ölkələr arasında yaxşı əlaqələrin olduğunu vurğulayan prezident İ. Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.

Azərbaycanla Albaniya arasında fəal dialoqun mövcudluğunu vurğulayan dövlət başçısı ölkələrin bir-birini dəstəkləməsinin və güclü əməkdaşlıq əlaqələri yaradılmasının önəmini qeyd edib. Prezident E. Hacinastonun səfərinin azərbaycanlı həmkarları ilə əməkdaşlığımızın inkişafına dair gələcək planların müzakirə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR