İyulun 6-dan 10-dək Belqradda ATƏT Parlament Assambleyasının 20-ci illik sessiyası keçiriləcək

İyulun 6-dan 10-dək Belqradda ATƏT Parlament Assambleyasının 20-ci illik sessiyası keçiriləcək
# 11 mart 2011 08:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İyulun 6-dan 10-dək Belqradda ATƏT Parlament Assambleyasının 20-ci illik sessiyası keçiriləcək. APA-nın məlumatına görə, bununla bağlı ATƏT PA prezidenti Petros Eftimiu və Serbiya parlamentinin spikeri Cukiç-Deyanoviç arasında rəsmi razılaşma imzalanıb. Sessiyada “ATƏT-in effektivliyinin möhkəmlənməsi - Astanadan sonra yeni start” mövzusunda müzakirələr aparılacaq. Sessiyanın sonunda Belqrad Bəyannaməsi qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR