Xarici Əlaqələr üzrə Alman Şurasının proqram rəhbəri Stefan Mayster: “Avropa İttifaqı Rusiyaya təzyiq etməlidir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə etməsin”

Xarici Əlaqələr üzrə Alman Şurasının proqram rəhbəri Stefan Mayster: “Avropa İttifaqı Rusiyaya təzyiq etməlidir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə etməsin”
# 14 mart 2011 10:16 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Vaşinqton müxbirinə Xarici Əlaqələr üzrə Alman Şurasının proqram rəhbəri Stefan Mayster (Stefan Meister) verib.

Analitik bildirib ki, Qafqazda təhlükəsizliklə bağlı hazırkı vəziyyət gərgindir.

“Vəziyyəti yenidən gərginləşdirən məsələ ilk növbədə Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsidir. 2011-ci ildə Azərbaycanın hərbi büdcəsi artacaq, çünki bu Rusiya hərbi bazasının genişləndirilməsi ilə bağlı Rusiya və Ermənistanın imzaladığı anlaşmaya reaksiyadır. Bundan başqa Azərbaycan hesab edir ki, beynəlxalq danışıqlar prosesində irəliləyiş yoxdur və beynəlxalq ictimaiyyət bununla az maraqlanır”.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ABŞ-ın rolundan danışarkən, Mayster buna skeptik yanaşmır: “Mən düşünürəm ki, Vaşinqton öz fəaliyyətini təkcə Rusiya-Gürcüstan müharibəsinə görə yox, həm də Obama administrasiyasının Rusiya, daxili və xarici siyasət məsələləri ilə bağlı yeni prioritetləri səbəbindən azaldıb. Bu siyasət hələ də hazırkı ABŞ administrasiyasının marağındadır, lakin bu ABŞ Konqresində respublikaçıların güclü təzyiqi ilə dəyişə bilər. Digər tərəfdən ABŞ hökuməti və Konqresin daxili siyasətdə və digər regionlarda (İran və Əfqanıstandan başqa Şimali Afrikada) o qədər problemləri var ki, mən fundamental dəyişikliyin olacağına şübhə edirəm”.

Mayster xatırladır ki, Cənubi Qafqaz regionunda ABŞ-ın təsirinin artması Rusiyanın marağında deyil. Vaşinqton-Moskva əməkdaşlığına gəlincə, analitik buna optimist yanaşır: “Məncə biz Rusiya ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın ən yüksək mərhələsindəyik. Raket hücumundan müdafiə sistemi ilə bağlı gərginliklər davam edəcək və həll yolu tapmaq çətin olacaq. Rusiya ABŞ-la o zaman əməkdaşlıq edir ki, ABŞ siyasəti onun milli maraqları ilə üst-üstə düşür”.

Gürcüstan və Azərbaycanın yaxın gələcəkdə NATO-ya üzvlüyünün mümkünlüyü barədə suala analitik mənfi cavab verib: “Bu uzunmüddətli layihədir, ilk növbədə münaqişələr həll olunmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR