İran Bakıda xəstəxana inşa edəcək

İran Bakıda xəstəxana inşa edəcək
# 15 mart 2011 15:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bir qrup jurnalistlə görüşündə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib. O bildirib ki, keçən il İran və Azərbaycanın təşəbbüsü və Novruz Bayramı keçirən ölkələrin dəstəyi ilə BMT bu bayramı bəşəri dəyər kimi qeydə alıb: “Prezidentlərin iştirakı ilə keçiriləcək bu tədbir bütün dünyaya göstərəcək ki, Novruz sülh və dostluq bayramıdır”.

Səfir qeyd edib ki, Tehran və Şiraz şəhərlərində böyük bayram tədbirləri keçiriləcək. Üç həftə öncə prezident İlham Əliyevin bu tədbirə dəvət olunduğunu söyləyən diplomatın sözlərinə görə, keçən həftə İranda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edən prezident Mahmud Əhmədinejad İlham Əliyevi bu tədbirdə gözlədiyini söyləyib.

Keçən həftə Tehranda keçirilən İran-Azərbaycan hökumətlərarası komissiyasının işinin nəticələrindən danışan M. Bəhrami hər iki tərəfdən xeyli təkliflər irəli sürüldüyünü, bu təkliflər üzərində ekspertlər tərəfindən iş aparıldıqdan sonra nəticələrin xarici işlər nazirlərinə təqdim olunacağını açıqlayıb.

Səfir xəbər verib ki, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinə Bakıda klinika tikməyə icazə verilib: “Hazırda bu klinikanın harada və necə inşa olunması ilə bağlı texniki işlər aparılır”. Diplomat deyib ki, həmin klinikada Azərbaycan əhalisi üçün yüksək səviyyəli tibbi xidmət göstəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR