Joze Manuel Barrozo:“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanması çıxış yolu deyil”

Joze Manuel Barrozo:“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanması çıxış yolu deyil”
# 16 mart 2011 08:42 (UTC +04:00)
Bakı-APA. “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etməmək, ərazi bütövlüyü və müqəddəratını təyinetmə baza prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir”. APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Belçikada Ermənistanın baş naziri Tiqran Sərkisyanla görüşdən sonra çıxış edib: “Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanması çıxış yolu deyil . Biz cəbhə xəttində davam edən insidentlərdən və regiondakı silahlanma prosesindən narahatıq. Bu münaqişə regional inkişaf qarşısında əsas maneədir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir və “Şərq Tərəfdaşlığı” çoxtərəfli kursu vasitəsilə regionda əməkdaşlığın və qonşuluq münasibətlərinin inkişafına yardımları davam etdirir. Avropa İttifaqı həmçinin Ermənistan-Türkiyə münasibətlərinin də normallaşması prosesini dəstəkləyir. Biz hər iki ölkəni bu tarixi prosesə sadiq qalmağa çağırırıq. Əminəm ki, gələcəkdə dialoq üçün yeni imkanlar yaranacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR