ATƏT-in fəaliyyətdə olan sədri: “Danışıqlarda əsl sıçrayış əldə etməyin vaxtı çatıb”

ATƏT-in fəaliyyətdə olan sədri: “Danışıqlarda əsl sıçrayış əldə etməyin vaxtı çatıb”
# 18 mart 2011 09:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, A. Ajubalis bunu İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra deyib.

A. Ajubalis əsirlərin dəyişdirilməsindən sonra təmas xəttində daha bir insidentin baş verməsinə dair yayılan məlumatdan təəssüfləndiyini söyləyib: “Ermənistan və Azərbaycanda keçirdiyim görüşlərdə qeyd etdiyim kimi, bu insidentlər tərəflərin snayperləri təmas xəttindən geri çəkməsinin zəruriliyi barədə düşüncəmin doğruluğunu təsdiqləyir. Atəşkəs rejimini möhkəmləndirmək və etimadı gücləndirmək üçün tədbirlər görmək vacibdir. Tərəflərdən heç biri mövcud durumda nə siyasi, nə də hərbi planda uduş əldə edə bilməz. Mən təkidlə tərəfləri öz öhdəliklərinə əməl etməyə, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən vaz keçməyə çağırıram. Mən gözləyirəm ki, Soçi görüşündə razılaşdırıldığı kimi, tərəflər təmas xəttindəki insidentləri araşdıracaq”.

A. Ajubalis bəyan edib ki, tərəflər sülh yolunun məqbul alternativinin olmadığı fikri ilə razıdır: “ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə aparılan həll prosesi nəticəsində tərəflər arasında dialoq qorunub saxlanılıb. Lakin artıq danışıqlarda əsl sıçrayış əldə etməyin vaxtı çatıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR