Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstan səfirini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstan səfirini qəbul edib
# 18 mart 2011 14:45 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, nazir qonağa ölkədə fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün nazirliyin Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu səfirin diqqətinə çatdırılıb.

Öz növbəsində səfir səmimi qəbula görə təşəkkürünü bildirib və aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR