Yaqub Eyyubov: «Azərbaycan Rusiyanın Dağlıq Qarabağ prosesindəki rolunu qiymətləndirir»

Yaqub Eyyubov: «Azərbaycan Rusiyanın Dağlıq Qarabağ prosesindəki rolunu qiymətləndirir»
# 19 mart 2011 11:15 (UTC +04:00)
APA-nın «İTAR-TASS» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın baş nazirinin I müavini Yaqub Eyyubov Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının dünən Moskvada keçirilən toplantısında bildirib.
«Biz Rusiyanın rolunu qiymətləndiririk və nizamlanma prosesində irəliləyiş hiss edirik», - deyə Y.Eyyubov vurğulayıb.
Xatırladaq ki, martın 5-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə (Rusiya) keçirilən son görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə bəyanat qəbul olunub. Dövlət başçıları 2010-cu il oktyabrın 27-də Həştərxanda (Rusiya) qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini müzakirə ediblər. Belə ki, prezidentlər hərbi əsirlərin dəyişdirilməsinin qısa zaman ərzində başa çatdırılmasına dair razılığa gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR