ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə qiymətləndirmə missiyasının məruzəsini açıqlayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə qiymətləndirmə missiyasının məruzəsini açıqlayıblar
# 24 mart 2011 22:31 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Minsk qrupunun həmsədrlərinin yaydığı açıqlamada deyilir ki, ATƏT-in sədrinin şəxsi nümayəndəsi və onun maddi-texniki dəstək göstərən komandası, BMT-nin Ali Komissarlığın qaçqınlar üzrə idarəsinin iki mütəxəssisi və 2005-ci ildə faktların araşdırması missiyasının bir üzvü həmsədrlərə qoşulmuşdur.

Açıqlamada bildirilir ki, bu 2005-ci ildən bəri beynəlxalq icmanın bu ərazilərə ilk missiyasıdır və BMT üzvlərinin 18 il ərzində ilk səfəridir.

Həmçinin xülasədə deyilir ki, 1000 km-dən çox məsafəni qət edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəli nəticələrin danılmaz sübutları və sülhün əldə olunmamasının fəsadlarının şahidi olublar.

"Münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər xaraba şəklinə salınıb. Kəlbəcər və Laçında, və digər yaşayış məntəqələrdə 14 000-ə yaxın adam yaşayır, halbuki bu barədə dəqiq məlumat yoxdur"- xülasədə deyilib.

Həmsədrlərin qiymətləndirməsinə görə 2005-ci ildən işğal olunmuş ərazilərdə əhalinin sayında artım müşahidə olunmur. Etnik ermənilərdən təşkil olunmuş əhali Azərbaycanın başqa rayonlarından bura köçürülmüşdür. Onlar inkişaf olunmamış iqtisadiyyat və infrastrukturla çox ağır şəraitdə yaşayır. Çoxunun şəxsiyyəti təsdiq edən sənədi yoxdur.

Bu ərazilərdə olan ağır reallıq Dağlıq Qarabağda status-kvonun davam etdirilməsinin yolverilməz olmasına və münaqişənin yalnız sülh yolu ilə həll olunmasına dair həmsədrlərin fikrini möhkəmləndirib.

Həmsədrlər münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün tərəflərin liderlərini bu ərazilərdə hər hansı fəaliyyətdən çəkinməsinə çağırıblar. Onlar qəbiristanlıqların qorunması və şəxsiyyəti təsdiq edən sənədləri olmayan köçkünlərin statusunun müəyyən edilməsini məsləhət görüblər.

Həmsədrlər sonrakı missiyaları Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş başqa rayonlarda aparmaq niyyətindədirlər, və bu missiyalara müvafiq beynəlxalq təşkilatlardan dinc nizamlanmasında iştirak edə biləcək mütəxəssislərin daxil etmək fikirindədilər.

ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın təşəbbüsü ilə 2010-cu il oktyabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərində olan vəziyyəti ilə tanış olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR