Azərbaycan xarici işlər nazirinin Meksikaya səfəri başa çatıb - FOTOSESSİYA

Azərbaycan xarici işlər nazirinin Meksikaya səfəri başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2011 09:38 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş parlament televiziyası vasitəsilə canlı yayımlanıb.

E. Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri, Azərbaycanda davam edən iqtisadi proseslər mövzusunda ətraflı danışıb. O, Meksika ilə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən də bəhs edib. Nazir meksikalı parlamentarları Dağlıq Qarabağ münaqişəsinin nəticələri, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə də ətraflı məlumatlandırıb. Parlamentlərarası dostluq qrupunun üzvləri isə münaqişənin tezliklə həll edilməsinin vacibliyini vurğulayaraq münaqişənin nizamlanması zamanı Azərbaycanın suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmətlə yanaşmağın zəruriliyini dilə gətiriblər.

Elə həmin gün E. Məmmədyarov Meksika Senatının dəvəti ilə Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri mövzusunda dəyirmi masaya qatılıb. Meksika senatorları ilk dəfə Meksikada səfərdə olan Azərbaycan xarici işlər nazirini salamlayaraq ölkələr arasında parlamentlərarası münasibətlərə mühüm əhəmiyyət verildiklərini bildiriblər. E. Məmmədyarov senatorlara Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini qeyd edib. O, Senatın gündəlik plenar sessiyasının işinə də qatılıb.

E. Məmmədyarovun Meksikaya rəsmi səfəri başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR