Azərbaycanın Serbiyadakı səfirliyində 31 mart tədbiri keçirilib

Azərbaycanın Serbiyadakı səfirliyində 31 mart tədbiri keçirilib
# 31 mart 2011 11:34 (UTC +04:00)
Bakı – APA. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, KİV təmsilçiləri və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Serbiyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR