Yaponiya hökuməti zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ayırdığı yardıma görə Azərbaycana minnətdarlıq edib

Yaponiya hökuməti zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ayırdığı yardıma görə Azərbaycana minnətdarlıq edib
# 31 mart 2011 15:35 (UTC +04:00)
APA-nın Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, vəsait Yaponiya Qırmızı Xaç Komitəsinin hesabına köçürülüb.
XİN Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və baş nazirin müavini Abid Şərifovun Yaponiya hökumətinə və xalqına ünvanladıqları başsağlığı məktublarını yüksək qiymətləndirib: “Yaponiya hökuməti Azərbaycan hökuməti və xalqının yapon xalqı ilə nümayiş etdirdiyi həmrəyliyi və ölkəmizə ayırdığı yardımı yüksək qiymətləndirir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR