BŞİH İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilməsinə razılıq verməyib

BŞİH İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilməsinə razılıq verməyib
# 05 aprel 2011 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aprelin 6-da etiraz aksiyası keçirməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanladığı müraciətinə cavab verilib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cavab məktubunda bildirilib ki, “Sərbəst toplaşmaq haqqında” qanunun müvafiq müddəasına görə, aksiya ilə bağlı 5 gün əvvəl şəhər icra hakimiyyəti məlumatlandırılmalıdır. Müddət düzgün nəzərə alınmadığından BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmir.

Məlumatda, həmçinin bildirilib ki, bu səbəbdən DAK aksiyanın təxirə salınması barədə qərar verib.

Qeyd edək ki, DAK aprelin 4-də Güney Azərbaycandakı Urmiya gölündə yaranan ekoloji vəziyyətin pisləşməsi - gölün suyunun quruması ilə bağlı İran hökumətinin laqeyd münasibətinə etiraz məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirilməsi üçün paytaxt meriyasına müraciət etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR