Gürcüstan prezidentinin anası: “Dialoqsuz sülh ola bilməz, sülh isə bizim hamımıza gərəkdir”

Gürcüstan prezidentinin anası: “Dialoqsuz sülh ola bilməz, sülh isə bizim hamımıza gərəkdir”
# 07 aprel 2011 11:33 (UTC +04:00)
Bakı Ülkər Qasımova – APA “Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunu yüksək qiymətləndirirəm. Bu forum təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, professor Giuli Alasaniya deyib. Qonaq forumun çox yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu forumda iştirak etməkdən çox məmnunam. Belə görüşlər müasir dünya üçün çox xeyirli və vacibdir. Müxtəlif ölkələrdə yaşayan insanların fikir mübadiləsi aparması, görüşməsi, ünsiyyət qurması, bir-birlərini tanıması lazımdır. Dialoqsuz sülh ola bilməz, sülh isə bizim hamımıza gərəkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR