Metyu Brayza erməni diasporunun onun Azərbaycanda səfir təyin olunması əleyhinə kampaniya aparmasına münasibət bildirib

Metyu Brayza erməni diasporunun onun Azərbaycanda səfir təyin olunması əleyhinə kampaniya aparmasına münasibət bildirib
# 08 aprel 2011 12:16 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Metyu Brayza ABŞ-dakı erməni diasporunun onun Azərbaycanda səfir təyin olunmasına qarşı növbəti kampaniyaya başlayacağı barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Səfir erməni diaspor nümayəndələrinin onun barəsində səsləndirdiyi fikirlərin yanlış olduğunu da bildirib. “Mənim barəmdə yazılanlar düzgün deyil. Amma hər adamın öz mövqeyini bildirmək haqqı var”.

Azərbaycana səfir təyin olunması ilə bağlı ABŞ Senatında dinləmələrin nə zaman keçiriləcəyi barədə suala cavabında isə M. Brayza bu barədə məlumatı olmadığını deyib: “Mənim üçün əsas odur ki, orda çıxış etmək və özümü müdafiə etmək imkanım var”.

Xatırladaq ki, 2010-cu il dekabrın 30-da ABŞ prezidenti Barak Obama Konqresin tətildə olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla 6 ölkəyə səfir təyin edib. Prezidentin sərəncamına əsasən, səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlaya bilirlər. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı öz qüvvəsini itirəcək.

M. Brayza fevralın 17-də etimadnaməsini Azərbaycan prezidentinə təqdim edərək səfir kimi vəzifəsinin icrasına başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR