Mixail Qusman: “Azərbaycanın işğal altında olan torpaqları qeyd-şərtsiz azad olunmalıdır”

Mixail Qusman: “Azərbaycanın işğal altında olan torpaqları qeyd-şərtsiz azad olunmalıdır”
# 09 aprel 2011 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman söyləyib. O bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə oluna bilər: “Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geniş muxtariyyət verilə bilər. Münaqişənin nizamlanması Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır, digər tərəflər yalnız vasitəçi ola bilər. Fikrimcə, bu mövzuda əsas müzakirələr iki ölkənin prezidenti arasında aparılmalıdır, digərləri isə nüfuzundan yararlanıb bu prosesə yardım edə bilərlər. Bunlar ATƏT-in Minsk Qrupudur, Rusiya da bu məsələdə kömək etməyə çalışır. Mən bilirəm ki, Rusiya prezidenti Dmitri Medvedyev bu problemin həlli üçün necə ciddi səylər göstərir. Lakin yenə də əsas danışıqlar ilk növbədə münaqişə tərəfləri arasında aparılmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR