Elmar Məmmədyarov Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 11 aprel 2011 15:17 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən A. Mişenko Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu deyib. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan-Ukrayna əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.

Öz növbəsində, nazir E. Məmmədyarov Azərbaycana səfir təyin olunması münasibətilə ukraynalı diplomatı təbrik edib, işlərində müvəffəqiyyətlər arzulamışdır.

Görüşdə, həmçinin, qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR