MDB-nin 20 illiyi Azərbaycanda qeyd olunacaq

MDB-nin 20 illiyi Azərbaycanda qeyd olunacaq
# 12 aprel 2011 11:49 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, bu iclasın Bakıda keçirilməsi barədə qərar 2010-cu il mayın 27-28-də Minskdə MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının toplantısında verilib.

İclasda Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir.

Qeyd edək ki, 21 may 2010-cu il tarixində Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası MDB-nin 20 illiyinin keçirilməsi qərarını verib. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib. Bakıda MDB-nin 20 illiyinə həsr olunmuş iclas da həmin tədbirlər planının bir hissəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR