XİN: Minsk metrosunda törədilmiş terror aktında xəsarət almış azərbaycanlının vəziyyəti yaxşıdır

XİN: Minsk metrosunda törədilmiş terror aktında xəsarət almış azərbaycanlının vəziyyəti yaxşıdır
# 12 aprel 2011 12:20 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

E. Poluxovun sözlərinə görə, hələ ki, partlayış zamanı bir azərbaycanlının – Qaraxanov Roman Qurban oğlunun xəsarət alması barədə məlumatlar var. Milliyyətcə azərbaycanlı olan R. Qaraxanov Rusiya vətəndaşıdır. Artıq Azərbaycanın Minskdəki baş konsulu xəstəxanaya gedərək ona baş çəkib, vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, aprelin 11-də Minsk metrosunun “Oktyabrskaya” stansiyasında baş vermiş partlayışda 12 nəfər ölüb, 160-dək şəxs isə yaralanıb. Partlayışın terror aktı olduğu açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR