Prezident İlham Əliyev Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulkini qəbul edib

Prezident İlham Əliyev Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulkini qəbul edib
# 12 aprel 2011 15:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İordaniya arasında yüksək səviyyədə siyasi əlaqələrin olduğunu vurğulayıb. Prezident İ. Əliyev ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək və sərmayə imkanlarını nəzərdən keçirmək üçün böyük planların olduğunu deyib. Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın Bakıda keçirilən iclasına toxunan dövlət başçısı bu iclasın gələcək əməkdaşlıq üçün önəmini qeyd edib.

Öz növbəsində, qonaq Azərbaycanda keçirdiyi məhsuldar görüşlər barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR