Səfir Məhəmmədbağır Bəhrami: “Biz viza rejimini ləğv etdikdən sonra Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb”

Səfir Məhəmmədbağır Bəhrami: “Biz viza rejimini ləğv etdikdən sonra Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb”
# 19 aprel 2011 14:30 (UTC +04:00)
APA-nın məlumatına görə, İranın Urmiya şəhərində Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin ötən həftə keçirilən görüşünə diqqət çəkən M. Bəhrami deyib ki, bu 3 ölkə strateji tərəfdaşdır və gözəl münasibətlərə malikdir: “Bu ölkələrin birliyi region və dünya üçün mühüm rol oynaya bilər. Görüşdə qəbul olunan bəyannamə ölkələrin inkişafına təsir etməklə yanaşı, siyasi əhəmiyyətə də malikdir. Görüş göstərdi ki, bu ölkələr regionda mövcud olan problemləri özləri həll edə bilərlər”.

İkitərəfli görüşlərə toxunan diplomat Azərbaycanla İran xarici işlər nazirləri arasında keçirilən görüşü səmərəli adlandırıb: “Sərhəd-keçid məntəqələrində müştərək gömrük məntəqələrinin açılması ilə bağlı səfirlərə tapşırıqlar verilib. Bu təcrübə artıq İranla Türkiyə arasında da var. İran Azərbaycanla birtərəfli qaydada viza rejimini ləğv edib. Həm İrandan, həm də Azərbaycandan qarşılıqlı səfərlər çoxalıb. Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb. Əgər rəsmi Bakı eyni addımı atarsa, İrandan Azərbaycana səfər edənlərin də sayında bərabərlik yaranar. Buna görə də hesab edirik ki, 24 saat fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi fəaliyyət göstərməsi əhəmiyyətli olardı”.

M. Bəhrami onu da əlavə edib ki, bir həftə sonra Bakıda Xəzəryanı ölkələrin ekspertlərinin görüşü keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR