Azərbaycanın Polşadakı səfiri bu ölkənin Seymində çıxış edib

Azərbaycanın Polşadakı səfiri bu ölkənin Seymində çıxış edib
# 20 aprel 2011 08:03 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyaya daxil olan deputatlarla yanaşı, “Twinning” layihəsi çərçivəsində Polşada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin də qatıldığı görüşdə səfir Həsən Həsənov çıxış edib.

H. Həsənov çıxışında Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olmasından və bu baxımdan “Şərq tərəfdaşlığı”na böyük önəm verməsindən danışıb, bu proqram çərçivəsində assosiasiya sazişi, Hərtərəfli İnstitusional Quruculuq proqramı, Euronest layihəsi və s. istiqamətlərdə görülmüş işlər və hazırkı vəziyyət barədə məlumat verib. O bildirib ki, Azərbaycanın etibarlı tərəfdaş olmasına, Aİ-Azərbaycan əməkdaşlığının strateji xarakter daşımasına baxmayaraq, Aİ rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilməməsi, Avropa Parlamenti deputatları tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfərlər edilməsi və bu səfərlərə Aİ tərəfindən rəsmi reaksiya verilməməsi təəssüf doğurur. Səfir hazırda Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə iqtisadi əlaqələrin gücləndiyini söyləyərək Azərbaycanla əməkdaşlıqdan Ermənistanın da faydalana bilməsi üçün bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin yeganə yol olduğunu xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR