Konqresmen Cerald Konnolli amerikalı azərbaycanlıların narahatlığını nəzərə alacaq

Konqresmen Cerald Konnolli amerikalı azərbaycanlıların narahatlığını nəzərə alacaq
# 20 aprel 2011 12:38 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. ABŞ-ın Virciniya ştatından olan konqresmen Cerald Konnolli (Gerald E. Conolly) Nümayəndələr Palatasında uydurma “erməni soyqırımı”na dair müzakirələrdə amerikalı azərbaycanlıların narahatlığını nəzərə alacağını vəd edib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, konqresmen Konolli Azərbaycan diasporuna məktub göndərərək 1918-ci il 31 Mart – 1 Aprel tarixində baş vermiş faciəli hadisələr, Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar ötən ay başlanmış kampaniyaya münasibətini bildirib: “Mən qətiyyətlə bəyan edirəm ki, insan hüquqlarının qorunması vacibdir və keçmişdə baş vermiş insan hüquqlarının vəhşicəsinə pozulması halları bir daha təkrarlanmamalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR