Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun 28-ci iclası başa çatıb - FOTOSESSİYA

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun 28-ci iclası başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 27 aprel 2011 10:37 (UTC +04:00)
Bakı. Habil Süleymanov – APA. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun Bakıda keçirilən 28-ci iclası başa çatıb. APA-nın məlumatına görə, iclasdan sonra Xəzəryanı ölkələrin təmsilçiləri birgə mətbuat konfransı keçiriblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, müzakirələrdə tərəqqi var: “Böyük işlər görülüb. Bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılıb. Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur”.

X. Xələfov razılaşdırılmayan məsələlər sırasında Xəzərin su səthinin istifadəsi, milli zonalar arasında fərq, hər bir dövlətin dənizdəki hüququ, gəmiçilik və hərbi fəaliyyət kimi məqamların olduğunu deyib.

İran prezidentinin Xəzəryanı məsələlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə bildirib ki, beştərəfli konvensiya tam qəbul olunmayana kimi, Xəzərin hüququ statusuna dair SSRİ və İran arasında olan müqavilə qüvvədə qalmış hesab olunur.

Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun növbəti iclası və Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR