Bakıda Ukrayna Mədəniyyət Mərkəzi yaradılacaq

Bakıda Ukrayna Mədəniyyət Mərkəzi yaradılacaq
# 29 aprel 2011 08:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda Ukrayna Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, V. Yanukoviç Azərbaycandakı Ukrayna İcması Şurasının sədri Aleksandr Zareçnının müraciətindən sonra xarici işlər naziri Konstantin Qrişşenkoya müvafiq göstəriş verib. Azərbaycan prezidenti İlham Əliyev də Bakı şəhər İcra Hakimiyyətinin başçısından bu işə köməklik göstərməsini istəyib.

Qeyd edək ki, Azərbaycanda 30 mindən çox ukraynalı yaşayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR