NATO Liviya liderinin atəşkəs təklifinə rədd cavabı verib

NATO Liviya liderinin atəşkəs təklifinə rədd cavabı verib
# 30 aprel 2011 13:09 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə adının gizli saxlanmasını istəyən NATO təmsilçisi məlumat verib. NATO nümayəndəsi deyib ki, atəşkəs təklifindən əvvəl dinc sakinlərə qarşı açılan atəşlər dayandırılmalıdır: “NATO sözü deyil, görülən işi görmək istəyir”.
Təmsilçi Liviya liderinin tabeliyində olan qüvvələrin Qəddafinin atəşkəs barədə təklifindən bir qədər əvvəl Misrata limanına top atəşləri yağdırdığını, çoxlu sayda insanın öldürüldüyünü deyib: “Bütün bunlara son qoyulmalıdır”.

Qeyd edək ki, Liviya lideri bu gün televiziya kanalı vasitəsi ilə “Sülhə açılan qapı açıqdır” deyib və NATO qüvvələrini atəşkəslə bağlı müzakirələrə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR