İsveçrə Azərbaycanın notasına cavab verib

İsveçrə Azərbaycanın notasına cavab verib
# 06 may 2011 15:28 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən bildirilib ki, 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisinin 29 aprel 2011-ci il tarixində Cenevrə şəhərində keçirilmiş açılış mərasimində Ermənistana aid olan “stend”lərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müxtəlif materialların nümayiş etdirilməsi ilə əlaqədar, səfirlik tərəfindən İsveçrə Xarici İşlər Federal Departamentinə göndərilmiş etiraz notasına cavab verilib. Federal Departamentdən daxil olmuş notada, sərgidə ermənilər tərəfindən təhrif olunmuş materialların nümayiş edilməsi təəssüf doğurduğu bildirilir.

Federal Departamentin cavab notasında materiallara görə stend sahiblərinin məsuliyyət daşıdığı, hüquqi təminatın yalnız İsveçrənin qanunları pozulduğu halda mümkün ola biləcəyi qeyd edilib. Məsələ ilə bağlı sərginin təşkilatçıları Departament tərəfindən məlumatlandırılıb və təşkilatçılar erməni stend sahiblərini inandırmaq üçün əllərindən gələni ediblər.

Məktubda ermənilər tərəfindən nümayiş edilmiş təhrif olunmuş materialların Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf rayonlar ilə bağlı İsveçrə Hökumətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi və İsveçrə Xarici İşlər Federal Departamentinin rəsmi internet səhifəsində İsveçrə vətəndaşlarına ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna və ətraf rayonlara səfər etməmələri rəsmi olaraq tövsiyə edildiyi xüsusilə qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR