Ankarada Heydər Əliyevin 88-ci doğum günü münasibətilə tədbirlər keçirilir

Ankarada Heydər Əliyevin 88-ci doğum günü münasibətilə tədbirlər keçirilir
# 06 may 2011 22:26 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində cari ilin 6 may tarixində Ankaranın Yenimahalle səmtində Heydər Əliyevin adını daşıyan orta məktəbdə qeyd olunan məktəbin tələbələri arasında şer və rəsm müsabiqəsi keçirilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Ankaradakı səfirliyindən məlumat verilib. Müsabiqənin qaliblərinə eləcə də 4, 5 və 6-cı yerləri tutan tələbələrə Səfirliyin həvəsləndirici hədiyyələri səfir Faiq Bağırov tərəfindən təqdim olunub.
Tədbirin sonunda səfir Faiq Bağırov öz çıxışında, Heydər Əliyev adını daşıyan məktəbin tələbələrinin digər məktəbin tələbələrindən daha çox məsuliyyət daşıdıqlarından, gələcək həyatlarında müxtəlif peşələrə yiyələndikdən sonra da bu məsuliyyətin onlarla bir olacağından və bu məktəbin meyvələrinin iki ölkə əlaqələrinin daha da güclənməsində mühüm rol oynayacağından bəhs edib.
Cari ilin 6 may tarixində həmçinin Ankara şəhərində səfirlik tərəfindən “İbrahim Çeçen Sənət Qalereyasında” “Azərbaycanlı Rəssamlar Sərgisi” adlı tədbir təşkil olunub. Sərgidə Azərbaycanlı rəssam və heykəltəraşların 70-ə yaxın əsərləri nümayiş etdirilib. Qeyd olunan tədbirdə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyə Respublikasının Mədəniyyət Nazirinin müavini, millət vəkilləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, tələbələr, ictimaiyyət nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.
Sərgi may ayının 25-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR