Amerikalı analitiklər: “Cekson-Venik düzəlişinin dəyişdirilməsi regional məsələlərdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması bütün tərəflər üçün xeyirlidir”

Amerikalı analitiklər: “Cekson-Venik düzəlişinin dəyişdirilməsi regional məsələlərdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması bütün tərəflər üçün xeyirlidir”
# 10 may 2011 09:07 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Rusiyanın indiki xarici və regiondakı süst siyasəti Vaşinqton analitiklərini narahat edir. Dmitri Medvedevin prezidentilk müddəti sona yaxınlaşdıqca bu məsələ daha tez-tez gündəmə gəlir.

Vaşinqtondakı Hudzon İnstitutu (Hudson İnstitute) Rusiyanın gələcəyi, xüsusilə keçmiş sovet məkanındakı siyasəti, keçmiş sovet ölkələrinin gələcəyi və perspektivləri, Rusiya-ABŞ münasibətləri mövzusunda müzakirələr keçirib. Bu barədə APA-nın Vaşinqton müxbiri məlumat verir.

Cənubi Qafqaz məsələləri üzrə tanınmış ekspertlər – Amerika Xarici Siyasət Şurasının vitse prezidenti İlan Berman, ABŞ Hərbi Kollecinin (US Amy War College) analitiki Stiven Blənk, Hudzon İnstitutunun tədqiqatçısı Devid Seyter (David Sater) və Heritage Fondunun əməkdaşı Ariel Koen müzakirələrdə iştirak ediblər.

Ekspertlər bildiriblər ki, Gürcüstanda və Azərbaycanda dondurulmuş münaqişələr ABŞ və Rusiyanın regiondakı əməkdaşlığının əsas mövzusudur.

İki ölkə arasında raketdən müdafiə sahəsində mümkün əməkdaşlığa gəldikdə isə, Devid Seyter qeyd edib ki, ABŞ-ın Avropada raketdən müdafiə sisteminə dair planlarına Rusiya isterik reaksiya verib: “Moskva mətbuatı bunu Rusiya üçün birbaşa təhlükə kimi qiymətləndirir, əslində isə bu, Rusiyanın xarici siyasəti üçün birbaşa təhlükədir”.

Ekspertlər Rusiyanın qonşularının, o cümlədən Azərbaycanın enerji diversifikasiyasında rolundan da danışıblar.

Regional iqtisadi inkişafa toxunan natiqlər bildiriblər ki, Rusiyaya və digər region ölkələrinə qarşı yönəldilmiş Cekson-Venik düzəlişinin dəyişdirilməsi vacibdir.

Analitiklərin fikrincə, regional məsələlərdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması bütün tərəflər üçün xeyirlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR