Avropa Parlamenti prezidentinin Cənubi Qafqaz regionuna rəsmi səfəri başlayıb

Avropa Parlamenti prezidentinin Cənubi Qafqaz regionuna rəsmi səfəri başlayıb
# 18 may 2011 11:51 (UTC +04:00)
O, çərşənbə günü İrəvanda, cümə axşamı Tiflisdə, cümə günü isə Bakıda olacaq. Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, E. Buzek hər üç ölkədə siyasi partiya rəhbərləri, prezidentlər və parlament sədrləri ilə görüşəcək. Bundan başqa, səfər zamanı onun müxalifət liderləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşləri olacaq.

E. Buzek səfər öncəsi bunları bildirib: “Demokratiyanın irəliləməsi, insan hüquqlarının əhatə olunması, qanunun aliliyinin möhkəmləndirilməsi, sabitliyin artırılması və rifahın yüksəlməsi hamının, Avropa İttifaqı və onun Şərq tərəfdaşlarının tərəfdaşlığı üçün bir tapşırıqdır. Hər hansı qalmış bölücü sərhədləri aradan qaldırmaq üçün Şərq Tərəfdaşlığını qurduq. Qalan son divarları da dağıtmaq, xalqlarımız arasında əməkdaşlığa yol açmaq üçün bu, əsl cəhddir. Öz qonşularımıza daha yaxın olmaqla qlobal səhnədə birlikdə biz daha da güclü oluruq. Bu səfərlə bağlı ismarıcım Avropa qitəsində, bizim birgə evimizdə öhdəliklərin götürülməsi, qarşılıqlı şəkildə faydalı olan həll yollarının araşdırılması, təhlükəsizlik və sabitlik məkanının genişlənməsi və möhkəmləndirilməsidir”.

E. Buzek regiona səfəri zamanı “dondurulmuş münaqişələr”in sülh yolu ilə həlli imkanlarını ölkə rəhbərləri ilə müzakirə edəcəyini də deyib: “Bu münaqişələr ərazinin inkişafını və region ölkələri arasındakı əməkdaşlığı artıq neçə illərdir ki, ləngidir. Mənim məqsədim həm də enerji təhlükəsizliyi məsələsini qaldırmaqdır ki, bu da mənim mandatımın prioritetlərindən biridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR