Amerika Sülh Korpusunun Azərbaycan üzrə direktoru Meredit Daltonun missiya müddəti başa çatır

Amerika Sülh Korpusunun Azərbaycan üzrə direktoru Meredit Daltonun missiya müddəti başa çatır
# 20 may 2011 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, yaxın vaxtlarda xanım Dalton yeni təyinat alaraq Azərbaycanı tərk edəcək. Sülh Korpusunun Azərbaycan üzrə yeni direktorunun adı hələlik bəlli deyil. Meredit Dalton Birləşmiş Ştatların Sülh Korpusunun Azərbaycan üzrə direktoru vəzifəsində 2009-cu ilin fevral ayından bəri çalışır. Xatırladaq ki, 50 ildir fəaliyyət göstərən Amerika Sülh Korpusu minlərlə könüllüsü vasitəsilə dünyanın yüzlərlə ölkəsində dil tədrisi, sosial inkişaf və humanitar əlaqələrin inkişafına töhfəsini verir. Sülh Korpusu Azərbaycanda 2003-cü ildən bəri fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR