Azərbaycanla Avropa İttifaqı arasında yeni layihə həyata keçirilir

Azərbaycanla Avropa İttifaqı arasında yeni layihə həyata keçirilir
# 25 may 2011 09:05 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu istiqamətdə növbəti plenar iclas iyunun axırı, iyulun əvvəlində keçiriləcək.

Bu müddət ərində videokonfrans vasitəsilə danışılar apardıqlarını deyən nazir müavinin sözlərinə görə, iclasda müvafiq sənəd və təkliflər müzakirə olunacaq: “Bunun son görüş olacağını deyə bilmərəm, qarşıda hələ çox iş var”.

O, Azərbaycanla Aİ arasında yeni layihənin həyata keçirildiyini vurğulayıb. “İnstitusional Ehtiyacların Qurulması” layihəsində bir neçə qurum iştirak edir: “Layihə əsasən ticarət, ədliyyə və dövlət qulluqçularının hazırlanması sahələri üzrə həyata keçirilir. Layihəyə artıq başlanılıb, hazırda müvafiq məlumatlar toplanır. Sonra isə hər üç sahə üzrə islahatlar proqramı hazırlanaraq, Azərbaycanda tətbiq olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR