QAT ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatını ikiüzlülük kimi qiymətləndirib

QAT ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatını ikiüzlülük kimi qiymətləndirib
# 27 may 2011 12:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük Səkkizliyin” Fransadakı sammiti çərçivəsində Qarabağ məsələsinin həlinə dair verdikləri bəyanatla bağlı rəsmi açıqlama yayıb. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı onların ikiüzlü siyasətini növbəti dəfə nümayiş etdirib: “Bu bəyanat bir daha göstərir ki, bu dövlətlər Qarabağ münaqişəsinin ədalətli həllinə deyil, işğalçı Ermənistanın əsassız iddialarının yerinə yetirilməsinə çalışırlar. Onların tərəfləri “dialoqu davam etdirməyə” çağırmaları işğal zonasında status-kvonun saxlanılmasına, işğal olunmuş ərazilərdə Ermənistanın mövqeyinin möhkəmləndirilməsinə və Ermənistanın həmişəlik həmin ərazilərdə qalmasına xidmət edir. Bu siyasət Ermənistanı Azərbaycanın mümkün zərbələrindən qorumağa yönəlib”.

QAT hesab edir ki, Azərbaycan hakimiyyəti Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməli, bu formatda aparılan danışıqları dayandırmalıdır: “Biz bir daha bildiririk ki, hakimiyyət özündə qətiyyət tapıb işğalçı Ermənistana qarşı müharibəyə başlamalıdır. Başqa yol yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR