“Stratfor”un eksperti: “Qafqaz xəritədə görünəndən daha dinamik və kompleks regiondur”

“Stratfor”un eksperti: “Qafqaz xəritədə görünəndən daha dinamik və kompleks regiondur”
# 31 may 2011 08:42 (UTC +04:00)
Lakin Qafqazı başa düşmək üçün yalnız xəritə kifayət deyil. Misal üçün xəritə sizə deməyəcək ki, Azərbaycan, Gürcüstan və Ermənistan 20 il əvvəl müstəqil dövlət olublar və iri dövlətlərin əhatəsində olmasına baxmayaraq bəzi Qafqaz dövlətləri öz müstəqil siyasəti ilə tanınmağa başlayıblar”. “Stratfor” qlobal analitik şirkətinin Qafqaz üzrə eksperti Yevqeni Çausovski Cənubi Qafqaz regionuna səfərini APA üçün belə şərh edib.

Ekspert bildirib ki, Qafqaz xəritədə görünəndən daha dinamik və kompleks regiondur: “Məhz bu səbəbə görə mən də bura səfər etdim. Azərbaycanda iqtisadiyyatının artım templərini nümayiş etdirən statistik göstəricilərə, neft-qaz hasilatının artması barədə rəqəmlərə nəzər salmaqdan əvvəl Bakıda kosmik sürətlə artan tikinti prosesini müşahidə edim. Daha bir təsiredici mənzərəni Xəzər sahilində bulvarda gördüm – saysız-hesabsız tankerlər və gəmilər Bakı buxtasını doldurmuşdular. Onlar dünyanın hər bir yerindən malları Xəzər vasitəsi ilə daşıyırdılar.

Ekspert Gürcüstanla bağlı da təəssüratlarını bölüşüb: “Gürcüstanda, başa düşdüm ki, hətta Qafqaz üçün belə bu ölkə çox balacadır. Bunu maşınla Tiflisdən Qoriyə səfər edəndə başa düşdüm. Rəsmi Gürcüstan hökuməti ilə separatçı Cənubi Osetiya ilə qurulmuş səddin bir neçə kilometr yaxınlıqda 2008-ci müharibəsi nəticəsində yaranmış qaçqın şəhərciklərini də gördüm.

Türkiyədə, Şərqlə Qərbi birləşdirən boğazı keçdikdə 13 milyonluq müasir İstanbul şəhərinin İslam və Avropa dəyərlərini necə gözəl birləşdirdiyini müşahidə etdim. İstanbulun niyə Osmanlı İmperiyası və ondan da əvvəl Bizansın uzun illər paytaxtı olmasını anladım. İstanbul da, Bakı və Tiflis kimi öz ölkələrinin iqtisadi və mədəni mərkəzləri sayılır.

Regiona səfərim Qafqazın yavaş-yavaş dəyişən ərazi olması fikrini məndə qətiləşdirdi. Onun gələcəyi perspektivli və eyni zamanda qeyri-müəyyəndir. Lakin bu mənə maneə olmadı ki, regionun yollarını, dağlarını, keçələrini, dənizlərini və ən əsası insanlarını bəyənim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR