Xəzər İbrahim: “Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması ölkəmizin NATO ilə münasibətlərinə təsir göstərməyəcək”

Xəzər İbrahim: “Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması ölkəmizin NATO ilə münasibətlərinə təsir göstərməyəcək”
# 04 iyul 2011 07:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması ölkəmizin digər təşkilatlar, o cümlədən NATO ilə münasibətlərinə təsir göstərməyəcək”. Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim deyib. O bildirib ki, NATO-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edir: “Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir və NATO-nun müttəfiqidir. Biz Əfqanıstanda önəmli rol oynayırıq. Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatları üçün vacib tranzit ölkələrdən biridir. Digər sahələrdə də əməkdaşlıq uğurla davam edir”.

Azərbaycanın Əfqanıstandakı hərbi kontingentini ixtisar edib-etməyəcəyi barədə sualı cavablandıran X. İbrahimin sözlərinə görə, Bakı hələlik öz kontingentini ixtisara salmaq niyyətində deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR