Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan parlamentinin sədri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan parlamentinin sədri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
# 04 iyul 2011 10:06 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekov bu gün Fəxri xiyabanda Heydər Əliyevin, məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, A. Keldıbekovun bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü olacaq.

Onun səfər çərçivəsində digər dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub. Təmaslar zamanı Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası əlaqələrin inkişafı yolları müzakirə ediləcək. A. Keldıbekov Dünya Azərbaycanlılarının sabah keçiriləcək III qurultayına da qatılacaq.

Səfər iyulun 5-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR