ABŞ-ın Azərbaycandakı səfirliyində təntənəli qəbul keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyində təntənəli qəbul keçirilib
# 06 iyul 2011 07:46 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 235-ci ildönümü münasibətilə təntənəli qəbul keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, ölkəsi bugünkü demokratik standartlara və rifah səviyyəsinə nail olmaq üçün uzun yol qət etməli olub.

Diplomat deyib ki, Amerika demokratiya sahəsində öncül hesab olunsa da, bəzi məsələlərdə Azərbaycandan örnək götürdüyünü də söyləmək olar. Belə ki, Azərbaycan qadınlara səs hüququnu ABŞ-dan öncə verib. İkitərəfli münasibətlərə toxunan M. Brayza ölkəsinin Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirdiyini qeyd edib. Qarabağ münaqişəsinin həllinə gəlincə, səfir uzun illər çəkən bu ixtilafın həllini tapması üçün əlindən gələni edəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov bəyan edib ki, iki dövlət arasında münasibətlər dinamik inkişaf edir və ticarət, enerji əməkdaşlığı, terrorla birgə mübarizə və digər sahələri əhatə edir. S. Şərifov Qarabağ münaqişəsinin həllində ABŞ-dan daha çox səy gözlədiklərini də söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR